Yaşayış binasında YANĞIN, 21 nəfər təxliyə edildi
Sumqayıt şəhərində yanğın olub.
Ajans.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin mətbəxində 10 m² sahədə ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 21 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mövzular: