Reklam resmi
Reklam resmi

Milli təhlükəsizlik məqsədləri üçün bu qədər pul ayrılacaq- Sahil Babayev

Milli təhlükəsizlik məqsədləri üçün bu qədər pul ayrılacaq- Sahil Babayev
İqtisadiyyat

Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi sahəsində maliyyə təminatı 2026-cı il dövlət büdcəsinin əsas prioritetlərindən biri olaraq müəyyən edilib.

Ajans.az apa-ya istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, növbəti il müdafiə və milli təhlükəsizlik məqsədləri üçün dövlət büdcəsi xərclərinin 21 faizi həcmində, yəni 8,7 milyard manat vəsait nəzərdə tutulur. Bu məbləğ cari illə müqayisədə 319 milyon manat çoxdur: “2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri isə 41,7 milyard manat səviyyəsində proqnozlaşdırılır. Büdcə kəsiri 3,1 milyard manat təşkil edəcək. Dövlət büdcəsinin xərcləri ÜDM-in 31,1 faizi, gəlirləri 28,8 faizi, kəsir isə 2,3 faizi həcmində müəyyənləşib”.

Mövzular:
Müdafiə qabiliyyəti xərclər büdcə

Digər Xəbərlər