Ağcabədidə çətin ANLAR - Güclü DUMAN...
Ağcabədi rayonunda bu gün səhər saatlarından etibarən güclü duman müşahidə olunur. Qatı duman səbəbindən şəhər daxilində avtomobil yollarında görünüş məsafəsi xeyli azalaraq nəqliyyatın hərəkətində çətinlik yaradıb.
Ajans.az xəbər verir ki, duman əsasən səhərin erkən saatlarından intensivləşib. Hazırda aidiyyəti qurumlar yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün nəzarəti gücləndiriblər.
Sürücülərə ehtiyatlı olmaları, sürət həddini minimuma endirmələri və işıqlandırma sistemlərindən düzgün istifadə etmələri tövsiyə olunur.

Mövzular: