Reklam resmi
Reklam resmi

Astara sakinlərinin NƏZƏRİNƏ!

Astara sakinlərinin NƏZƏRİNƏ!
Cəmiyyət

Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan 35 kV-luq "Lovayın" hava xəttində bu gün təmir işləri aparılacaq.

Bu barədə Ajans.az-a Azərişıq ASC-dən bildirilib.

Qeyd edilir ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Çayoba, Əzərud, Kakalos, Kolatan, Lovayın, Pensər, Sım, Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud kəndləri, Kijəbə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mövzular:
Astara İşıq

Digər Xəbərlər