Hikmət Hacıyevdən Zəngəzur dəhlizi PAYLAŞIMI
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Araz çayı üzərindəki Ağbənd-Kəlalə körpüsündən paylaşım edib.
Ajans.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında yazıb:
"Zəngəzur Dəhlizi - Araz çayı üzərindəki Ağbənd-Kəlalə körpüsündə. Əsas beynəlxalq nəqliyyat arteriyalarını birləşdirən mühüm mərkəz və kəsişmə nöqtəsi: Şanxaydan Londona qədər uzanan Şərq-Qərb marşrutu, həmçinin Hind okeanını Şimal dənizi ilə, Fars körfəzini isə Qara dənizlə birləşdirən Şimal-Cənub və Cənub-Qərb marşrutları", - H.Hacıyev qeyd edib.
Zangezur Corridor —on the Ağbənd–Kəlalə Bridge over the Araz River. A pivotal hub and intersection connecting major international transport arteries: the East–West route stretching from Shanghai to London, and the North–South and Southwest routes linking the Indian Ocean with… pic.twitter.com/el0mbSbPDl
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 18, 2025