Reklam resmi
Reklam resmi

Qəzalar 9 ayda 507 nəfərin həyatına son qoyub

Qəzalar 9 ayda 507 nəfərin həyatına son qoyub
Kriminal

2025-ci ilin yanvar-sentyabr aylarında 905 və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,9 faiz azalaraq 1264 nəfər olub. Onlardan 507-si həlak olmuş, 757-si isə yaralanmışdır.

Ajans.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Yol-nəqliyyat hadisələrinin 85,0 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz azalaraq 353 nəfər, yaralananların sayı isə 16,8 faiz azalaraq 708 nəfər olmuşdur.

Qeyd olunub ki, hadisələrin 44,5 faizi gündüz, 42,6 faizi gecə, 12,9 faizi isə toran vaxtı baş verib, 30,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

author picture
Murad Əliyev
Mövzular:
Qəzalar statistika məlumat

Digər Xəbərlər