Reklam resmi
Reklam resmi

Azad edilən 12 şəhərdən səkkizinin Baş Planı TƏSDİQ OLUNDU

Azad edilən 12 şəhərdən səkkizinin Baş Planı TƏSDİQ OLUNDU
Siyasət

"Azad edilən 12 şəhərdən 8-nin Baş Planı təsdiq olunub, 4 şəhər üzrə isə işlər yekunlaşmaq üzrədir".

Ajans.az xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində yüzlərlə kəndin planlaşdırılması da həyata keçirilir:

"Yaşayış məntəqələrinin ölçüsündən, yerləşdiyi ərazinin coğrafi çətinliklərindən və landşaftından asılı olmayaraq, biz onların hər birini 20 illik inkişaf perspektivi nəzərə alınmaqla planlaşdırmışıq. Məhz bu planlar əsasında həm yenidənqurma aparılır, həm də sakinlərin öz doğma yurdlarına qayıdışı təmin olunur".

Daha ətraflı Baku Tv-nin videomaterialında:

Mövzular:
Baş Plan

Digər Xəbərlər