Reklam resmi
Reklam resmi

Zelenski Ukraynayla bağlı yeni planını təqdim edir

Zelenski Ukraynayla bağlı yeni planını təqdim edir
Siyasət

Ukrayna prezidenti Vladimir Zelenski gələn həftə ölkə üçün yeni plan təqdim etməyi planlaşdırdığını bildirib.

Ajans.az xəbər verir ki, o, bu barədə özünün “Telegram” kanalında yayımladığı videomüraciətdə bildirib.

O bildirib ki, yeni planda 10 maddə olacaq. Təşəbbüsün bəndlərindən biri “Ukrayna məzmununun istehsalı”nı nəzərdə tutan “mədəni suverenlik” olacaq. Enerji və silahlarla bağlı da müddəalar var. Zelenski qeyd edib ki, plan Ukraynada silah istehsalını və tərəfdaşlarla əməkdaşlığı nəzərdə tutur.

Rusiya qüvvələrinin Kiyevdəki hərbi obyektlərə hücumundan sonra Zelenski Qərb müttəfiqlərinə müraciət edərək kömək istəyib. Onun sözlərinə görə, Ukrayna qoşunlarının müdafiə üçün lazımi vasitələrə malik olması “son dərəcə vacibdir”.  Zelenski Kiyevə yardım edən müttəfiqlərinə də təşəkkür edib.

author picture
Ajans_az Muxbir
Mövzular:
Zelenski Ukrayna 10 maddə Plan

Digər Xəbərlər