Diaqnozu qoyub sizi analizlərə yönəldirlər, əsas xəstəlik kənarda qalır - XƏBƏRDARLIQ
MTV kanalında psixoloq Ülviyyə Murtuzovanın təqdimatında “Sənin Seçimin” verilişinin növbəti buraxılışı yayımlanıb.
Ajans.az xəbər verir ki, verilişin budəfəki mövzusu xroniki yorğunluqdur.
Verilişdə mövzu ilə bağlı qonaq qismində həkim-terapevt Aqil Axundov iştirak edib. Mütəxəssis bildirib ki, xəstəliklərin beynəlxalq təsnifatını 2010-cu ildəki cədvəlində xroniki yorğunluq haqqında məlumat yoxdur. Bundan sonra olacaq, ya olmayacaq o məlum deyil. Həmin cədvəldə keçirilmiş infeksion xəstəliklərdən sonra baş verəcək yorğunluq adında bir diaqnoz var. Amma onun yorğunluğa heç bir aidiyyatı yoxdur. Bu isə o deməkdir ki, xroniki yorğunluq sindromu adı ilə hazırda insanlar çatdırılan hər hansı bir məlumat 21-ci əsrin ən böyük tibb yalanıdır.
Aqil Axundov qeyd edib ki, pasiyentlərə xroniki yorğunluq diaqnozu qoyub səbəbini axtarmaq məqsədilə müxtəlif analizlərə yönəldirlər. Ancaq yorğunluq (xroniki yorğunluq) müəyyən bir xəstəliyin nəticəsində baş verən əlamətdir. Biz onun müalicəsi üçün çarə axtaran zaman əsas xəstəlik kənarda qalır.
Ətraflı videoda:
Bu gönderiyi Instagram'da gör