Reklam resmi
Reklam resmi

Azərbaycan millisi Bakıda məğlub oldu

Azərbaycan millisi Bakıda məğlub oldu
İdman

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində sonuncu oyununu keçirib.

Ajans.az xəbər verir ki, D qrupunda mübarizə aparan komanda Bakıda Fransa yığması ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 4-cü dəqiqədə millimizin heyətində Renat Dadaşov açıb. Rəqibin heyətində Jan-Filipp Mateta və Akliuş fərqləniblər. Üçüncü qolda isə Şahruddin Məhəmmədəliyev avtoqol müəllifi olub.

 

Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edib.

 

Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsini 1 xalla 4-cü pillədə başa vurub. Xallarını 16-ya çatdıran Fransa millisi turnir cədvəlini birinci yerdə bitirib.

Mövzular:
Fransa futbol

Digər Xəbərlər