Reklam resmi
Reklam resmi

Nizami rayonunda su borusunda qəza baş verib

Nizami rayonunda su borusunda qəza baş verib
Hadisə

Nizami rayonunda su borusunda qəza baş verib.

Ajans.az xəbər verir ki, Bakı şəhərinin Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 37 ünvanında yol kənarında suyun sızması sakinlər arasında narazılığa səbəb olub.

Sakinlərin sözlərinə görə, su səhərdən başlayaraq axmağa davam edib və ətrafa yayılıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə məlumat verilib.

Qurumun müvafiq əməkdaşları sızıntının baş verdiyi əraziyə gedib, xəttə baxış keçiriblər. Sızıntının qarşısı müvəqqəti olaraq alınıb, xətdə qalan su tam olaraq dayandırıldıqdan sonra qəza aradan qaldırılacaq.

Ətraflı Baku TV-nin süjetində:

Mövzular:
Nizami su sızması qəza

Digər Xəbərlər