Reklam resmi
Reklam resmi

Dələduzluq edən şəxs SAXLANILDI

Dələduzluq edən şəxs SAXLANILDI
Kriminal

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə insanların etimadından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan Tural İslamov saxlanılıb.

Dİn-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ajans.az- verilən məlumata görə, araşdırmalarla adıçəkilən şəxsin “WhatsApp” ani mesajlaşma proqramında yaradılan “İş elanları” qrupunda vətəndaşları xaricdə yüksək məvacibli işlə təmin edəcəyinə söz verərək onların pullarını ələ keçirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, T.İslamov barəsində həbs qətimkan tədbiri seçilib.

Mövzular:
Tural İslamov Hacıqabul Dələduzluq

Digər Xəbərlər