Yaşar Nurinin qızının ÖLÜM SƏBƏBİ- AÇIQLAMA
Xəbər verdiyimiz kimi xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı vəfat edib.
Hadisə ilə bağlı Ajans.az onun bacısı Ülkər Nuriyevayla əlaqə saxlamağa çalışdı. Zənglərimizə Ülkər Nuriyevanın köməkçisi cavab verdi.
O bildirib ki, Ülviyyə Yaşarqızı gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.
Xəstəliyin müddəti ilə bağlı əlavə suallar verdik. Ancaq Ülkər Nuriyevanın köməkçisi bu barədə suallara cavab verə bilməyəcəklərini bildirdi.
Mövzular: