Müğənnidən faciəvi şəkildə ölən jurnalistlə bağlı PAYLAŞIM
Müğənni Nurbəniz Mərdiyeva faciəli şəkildə həlak olan jurnalist Emin İbrahimov ilə bağlı paylaşım edib.
Ajans.az xəbər verir ki, tanınmış jurnalistin yaxını Nurbəniz Mərdiyeva öz sosial şəbəkə hesablarında onunla bağlı paylaşımlar edib.
Paylaşımda jurnalistin "Erməni məni öldürə bilmədi, mən 100 il yaşayacam" cümləsini qeyd edib:
"İlərdən sonra həyat qarşıma səni çıxarmışdı. Düşünürdüm çəkdiyim əziyyətlərin mükafatısan, amma səni də belə tez əlimdən aldı. Deyirdim mənim cənnətimsən, amma sən cənnətə getdin məni cəhənnəmdə qoydun. Erməni məni öldürə bilmədi, mən 100 il yaşayacam deyirdin. Bəs niyə yaşamadın?"
Xatırladaq ki, Azərbaycanın tanınmış jurnalisti, "Euronews" telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəli şəkildə həlak olub. Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub.
Paylaşımı təqdim edirik:


