Reklam resmi
Reklam resmi

Zelenski İlham Əliyevlə danışdı: Səfirliyin vurulmasını pislədi

Zelenski İlham Əliyevlə danışdı: Səfirliyin vurulmasını pislədi
Siyasət

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.

Ajans.az xəbər verir ki,bu barədə məlumat Ukrayna Prezidentinin Telegram kanalında dərc edilib.

Bəyanatda bildirilir ki, dövlət başçıları ikitərəfli münasibətlərin inkişafı və tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

"Biz həmçinin ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızın inkişafını müzakirə etdik. İkitərəfli əməkdaşlığın bütün sahələrində yaşıl işıq var. Yaxşı potensial mövcuddur və biz bunu reallaşdıracağıq. Təşəkkür edirəm", — deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti əlavə edib ki, söhbət zamanı tərəflər 14 noyabrda Kiyevə edilən hücumu da müzakirə ediblər. Onun sözlərinə görə, Prezident İlham Əliyev hadisəni pisləyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Vladimir Zelenski Azərbaycan İlham Əliyev

Digər Xəbərlər