Reklam resmi
Reklam resmi

Azərbaycan səfirliyinin binasına RAKET DÜŞDÜ

Azərbaycan səfirliyinin binasına RAKET DÜŞDÜ
Kriminal

Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi hücumda istifadə etdiyi “İskəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.

Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında bildirib.

“Ukraynaya hücumda təxminən 430 dron və 18 raketdən istifadə edilib. Təkcə Kiyevdə onlarla yaşayış binası zədələnib. Azərbaycan səfirliyinin binasına “İskəndər” raketinin qəlpələri düşüb”, - Zelenski qeyd edib.

Xatırladaq ki, ötən gecə Rusiyanın Ukraynaya hücumlarında 4 nəfər ölüb, 20 nəfərdən çox insan xəsarət alıb.

https://t.me/Ajansaz_official

Mövzular:
Ukrayna səfirlik bina hücum roket

Digər Xəbərlər