Reklam resmi
Reklam resmi

Zəngəzur dəhlizi ilə bağlı şirkət YARADILIR

Zəngəzur dəhlizi ilə bağlı şirkət YARADILIR
Siyasət

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Türkiyə ilə Azərbaycan arasında avtomobil yükdaşımaları üçün tranzit marşrutunu dərhal açmağa hazır olduğunu bildirib.

Ajans.az xəbər verir ki, Paşinyan açıqlamasında vurğulayıb ki, bu marşrut texniki baxımdan artıq istifadəyə hazırdır:

“Ermənistan bu gün Türkiyədən Marqara və Kornidzor vasitəsilə Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzitini təmin edə bilər. Biz bunu təklif edirik, çünki bu, artıq hazır vəziyyətdədir”, – deyə o bildirib.

Baş nazir, həmçinin TRIPP layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində Ermənistan və ABŞ-ın birgə şirkət yaradacağını qeyd edib.

Onun sözlərinə görə, strateji məsələlərlə bağlı qərarvermədə həlledici söz Ermənistan tərəfində olacaq.

Mövzular:
Paşinyan Zəngəzur dəhlizi yeni şirkət

Digər Xəbərlər