Reklam resmi
Reklam resmi

İraq Baş Nazirinin koalisiyası parlament seçkilərində qalib gəlib

İraq Baş Nazirinin koalisiyası parlament seçkilərində qalib gəlib
Dünya

İraqın hazırkı Baş Naziri Məhəmməd əl-Sudaninin rəhbərlik etdiyi "Tikinti və İnkişaf Koalisiyası" ölkənin Nümayəndələr Şurasına (parlament) keçirilən seçkilərdə ən çox səs toplayıb.

Ajans.az xəbər verir ki,bu barədə məlumatı İraqın Ali Seçki Komissiyası tərəfindən dərc edilən ilkin nəticələr təsdiqləyib.

Məlumata görə, koalisiya Bağdad, eləcə də İraqın cənubundakı Nəcəf və Kərbəla əyalətlərində ümumilikdə 410 minə yaxın səs toplayaraq seçkilərin lideri olub.

İlkin nəticələrin açıqlanmasından sonra Məhəmməd əl-Sudani xalqa müraciət edərək bildirib:

“Hər kəsi ölkənin maraqlarını birinci yerə qoymağa və seçicilərin iradəsinə hörmət etməyə çağırıram.”

O, həmçinin vurğulayıb ki, "növbəti mərhələnin məqsədi proqramlarını həyata keçirə bilən yeni bir hökumət formalaşdırmaqdır" və rəhbərlik etdiyi koalisiya "bütün tərəflərlə əməkdaşlığa açıqdır".

İlkin nəticələrə əsasən, keçmiş parlament spikeri Məhəmməd əl-Halbusinin rəhbərlik etdiyi “Tərəqqi” bloku Bağdad üzrə 284 min 109 səs toplayaraq ikinci yeri tutub. Keçmiş Baş Nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi “Qanun Dövləti” koalisiyası isə 228 min 244 səslə üçüncü pillədə qərarlaşıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İraq Məhəmməd əl-Sudani

Digər Xəbərlər