Ərdoğan şəhid atası ilə danışdı, başsağlığı verdi - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olan çavuş İlker Aykutun atası Ünal Aykutla telefonla danışıb.
Ajans.az bu barədə "Hürriyet"ə istinadən xəbər verir.
Bildirilib ki, Ərdoğan mərhumun atasına başsağlığı verib.
Rəcəb Tayyib Ərdoğan Ünal Aykuta başsağlığı verərək deyib: "Allah sizə səbr versin. Başsağlığımı bütün ailəyə çatdırın. Onlar şəhidlər arasında Peyğəmbərimizin qonşularıdır. Allah bizə kömək olsun, onlara cənnətdə yer versin, inşallah".
Mərhumun atası isə əlavə edib: "Vətənimiz sağ olsun. Allah hamıdan razı olsun."
Ərdoğanın İlker Aykutun atası ilə danışdığı görüntüləri təqdim edirik:
View this post on Instagram