Reklam resmi
Reklam resmi

Zəfər paradından sonra regionda GƏRGİNLİK- artan qüdrət NARAHATLIQ DOĞURDU

Zəfər paradından sonra regionda GƏRGİNLİK- artan qüdrət NARAHATLIQ DOĞURDU
Gündəm

Bu il noyabrın 8-də qələbəmizin 5 illiyi yüksək təntənə ilə qeyd olundu. Bakıda keçirilən Zəfər paradında təkcə, ölkənin hərbi cəhətdən inkişafı deyil, dünyada və regionda artan qüdrətimizin bariz nümunəsi oldu. Həmçinin, Türk dünyasının siyasi, iqtisadi, hərbi cəhətdən inkişafı ön plana çıxarıldı. Lakin paraddan sonra baş verən hadisələr gərginliyə şərait yaratdı.

Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Ajans.az-a danışıb. 

O bildirib ki, paytaxtda keçirilən möhtəşəm Zəfər paradından sonra üç ölkənin və dəvət almış digər ölkələrin artan hərbi qüdrəti və geostrateji mövqeyi bir çox əks qüvvələrə parad vasitəsilə verilən mesajdır. 

Ordunun postmüharibə dövründə güclü olmağı önəmli detalları özündə birləşir. Burada, xüsusilə Zəngəzur dəhlizinin açılması və regiona qlobal investisiyaların cəlb olunması hədəflənir.

Onun sözlərinə görə, paradın ardından bəzi qüvvələrin bundan narahat olduğu açıq görünür. 

“Bəzi dövlətlərin parad üzərindən əks mövqelərini ifadə etməyə çalışması da bunun göstəricisidir. Bu kontekstdə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Gürcüstan üzərində naməlum şəkildə radarlardan itməsinin qeyri-adi və qaranlıq məqamlar doğurduğu istisna edilmir. SOS siqnalının qeydə alınmaması da hadisəni daha da müəmmalı edir. Üstəlik, təyyarənin hərbi yüklər və şəxsi heyət daşıdığı bildirilir"-deyə, Əziz Əlibəyli söyləyib. 

Həmçinin, Pakistanda intihar terrorçusunun törətdiyi partlayış nəticəsində onlarla mülki şəxsin həlak olması, bu ölkədə daxili sabitliyi pozmaq və siyasi vəziyyəti gərginləşdirib. Hindistanda baş verən oxşar hücumla eyni vaxta təsadüf etməsi cəmiyyətdə  şübhələr yaradır. 

Ən əsası isə, Ermənistan ordusunun son günlər sərhədyanı ərazilərdə, o cümlədən Gədəbəyin Şınıx istiqamətində möhkəmlənməyə çalışması, yeni silahlar yerləşdirməsi və kəndlər arasında sərhədin  yandırılması iki ölkə arasında gərginliyə səbəblər yaradır.

author picture
Zərif Sofiyeva
Mövzular:
Zəfər paradı Türk dünyasının siyasi iqtisadi hərbi cəhətdən inkişafı bəzi qüvvələrin bundan narahatlığı

Digər Xəbərlər