Reklam resmi
Reklam resmi

Zakir Həsənov Bosniya və Herseqovinada

Zakir Həsənov Bosniya və Herseqovinada
Siyasət

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bosniya və Herseqovinaya səfər edib.

Ajans.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç ilə görüşüb.

Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müdafiə naziri, həmçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Dostluq Parkında Xocalı və Srebrenitsa soyqırımları qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə əklil qoyub.

Mövzular:
Zakir Həsənov Müdafiə Naziri

Digər Xəbərlər