Ronaldo sonuncu dəfə hansı oyunda oynayacağını açıqladı
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo 2026-cı il Dünya Kubokunun onun üçün sonuncu olacağını təsdiqləyib.
Ajans.az xəbər verir ki, 40 yaşlı futbolçu bu barədə CNN-ə verdiyi müsahibədə bildirib.
Klub və millidə ümumi 953 qol vuran Ronaldo həmçinin "bir-iki il"dən sonra futboldan ayrılacağını bildirib.
Xatırladaq ki, "Mançester Yunayted", "Real Madrid" və "Yuventus"un keçmiş oyunçusu ötən həftə "tezliklə" təqaüdə çıxacağını deyib.
Qeyd edək ki, gələn il Kanada, Meksika və ABŞ-da keçiriləcək Dünya Kuboku Ronaldonun altıncı Dünya Kuboku olacaq.
Mövzular: