Reklam resmi
Reklam resmi

Simonyan sülh prosesini MÜZAKİRƏ EDİB

Simonyan sülh prosesini MÜZAKİRƏ EDİB
Siyasət

Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanda akkreditə olunmuş Avropa İttifaqına (Aİ) üzv dövlətlərinin diplomatik missiyalarının rəhbərləri ilə görüşündə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib.

Ajans.az Ermənistan KİV-lərinə istinadən xəbər verir.

"Görüş zamanı Ermənistanla Azərbaycan arasında sülh prosesinə və regional hadisələrə xüsusi diqqət yetirilib. Eyni zamanda, Ermənistan-Aİ tərəfdaşlığı ilə bağlı müxtəlif məsələlərin və parlament səviyyəsində münasibətlərin dərinləşdirilməsinin ətraflı müzakirəsi aparılıb", - məlumatda bildirilib.

https://t.me/Ajansaz_official

Mövzular:
Simonyan sülh müzakirə

Digər Xəbərlər