Həyat yoldaşını döyən sabiq UFC döyüşçüsü həbsxanada ÖLDÜ
Keçmiş Ultimate Fighter Çempionatının (UFC) yüngül çəki dərəcəsindəki döyüşçüsü Qodofredo Kastro (Pepey) Florida həbsxanasında ölü tapılıb.
Ajans.az "MMA Mania" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı "Pepey" iyun ayında həyat yoldaşı ilə mübahisədən sonra məişət zorakılığı ittihamı ilə saxlanılırdı.
Döyüşçünün ölüm səbəbi rəsmi olaraq açıqlanmayıb.
Lakin UFC veteranı və "Pepey"in komanda yoldaşı Roni "Ceyson" Mariano Bezerra sosial mediada onun ölümü barədə paylaşım edib. O, bildirib ki, "Pepey" təzyiqə dözə bilməyib və sonda öz həyatına son qoyub.
Mövzular: