Azərbaycanın stolüstü tennis yığması İslamiadada yarımfinala yüksəldi
Azərbaycanın qadınlardan ibarət stolüstü tennis yığması Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.
Ajans.az xəbər verir ki, 1/4 finalda Maldiv adaları ilə qarşılaşan yığma inamlı qələbə qazanıb - 8:3.
Milli komandamız finala gedən yolda Misir seçməsi ilə üz-üzə gələcək.
Mövzular: