Reklam resmi
Reklam resmi

Demensiyadan əziyyət Bruce Willisin yeni fotoları yayımlanıb

Demensiyadan əziyyət Bruce Willisin yeni fotoları yayımlanıb
Şou Biznes

Demensiyadan əziyyət çəkən məşhur Hollivud aktyoru Bruce Willisin yeni fotoları yayımlanıb.

Ajans.az xəbər verir ki,şəkillər TMZ portalı tərəfindən dərc edilib.

Paparatsilər ağır xəstə aktyoru çimərlikdə gəzinti zamanı görüntüləyiblər. Kadrlarda 69 yaşlı ulduz boz rəngli futbolka, qəhvəyi şalvar, ağ idman ayaqqabısı, günəş eynəyi və beysbol papağı geyinmiş vəziyyətdə görünür. Fotolarda aktyorun gülümsədiyi müşahidə olunur.

TMZ jurnalistlərinin qeyd etdiyinə görə, Bruce Willis “2023-cü ildə demensiya diaqnozu qoyulmasına baxmayaraq, əla görünür”.

Xatırladaq ki, daha əvvəl aktyorun həyat yoldaşı, model Emma Heming-Willis müsahibəsində qızlarının artıq ataları üçün yas tutduğunu bildirmişdi.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Demensiya Bruce Willis

Digər Xəbərlər