Reklam resmi
Reklam resmi

Bakıda güclü yanğın- 2 nəfər ZƏHƏRLƏNDİ

Bakıda güclü yanğın- 2 nəfər ZƏHƏRLƏNDİ
Hadisə

Bakıda yaşayış binasında yanğın olub, iki nəfər tüstüdən zəhərlənib.

Ajans.az xəbər verir ki, bununla bağlı FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında “Land Rover” markalı minik avtomobilinin salonu, yük hissəsi, “Opel” markalı minik avtomobilinin salonu, mühərrik hissəsi və 5 paq.m kommunikasiya xətləri yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mövzular:
bakı yanğın FHN

Digər Xəbərlər