Yağışlı hava: Çətinliklər aradan qaldırılır
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
Ajans.az xəbər verir ki, bununla bağlı ADY-dən məlumat verilib.
Bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.
"Sərnişinlərimizi platformalarda hərəkət edərkən, dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırırıq", - ADY-nin məlumatında deyilir.
Mövzular: