Reklam resmi
Reklam resmi

Taksi sürücüsü qadın SƏRNİŞİNİ QARƏT ETDİ

Taksi sürücüsü qadın SƏRNİŞİNİ QARƏT ETDİ
Kriminal

Abşeronda ad gününə gedən xanım taksi sürücüsü tərəfindən qarət edilib.

Ajans.az xəbər verir ki, hadisə rayonun Ceyranbatan qəsəbəsi ərazisində baş verib.

Abşeron rayon sakini "Toyota Prius" markalı avtomobillə Bakıda, metronun "20 Yanvar" stansiyasının qarşısında taksi fəaliyyəti ilə məşğul olarkən ona bir xanım yaxınlaşaraq, Sumqayıta, rəfiqəsinin ad gününə getmək istədiyini bildirib. Xanımı avtomobilə əyləşdirərək, Sumqayıt istiqamətinə hərəkət edib və onu ünvana aparacağını bildirib. Onlar Ceyranbatan qəsəbəsi ərazisinə daxil olarkən, müştəri xanım ondan mağazalardan birinin yanında saxlamasını və su almaq istədiyini deyib. Sürücü qadına bildirib ki, suyu o alacaq və avtomobildən düşüb, mağazadan iki ədəd tərkibində spirt olan enerji içkisi alıb, xanıma verib. Müştəri həmin suyu içdikdən sonra özünü pis hiss edib və avtomobili saxlamağı xahiş edib. Sürücü həmin vaxt cibindən bıçaq çıxararaq, qadından üzərində olan pulları tələb edib. Məcburiyyət qarşısında qalan xanım çantasında olan 640 manatı taksi sürücüsünə verib. Sürücü bundan sonra qadının əlindəki mobil telefonu da alıb, onu avtomobildən düşürüb, hadisə yerindən qaçıb. Sürücü qadının telefonunu Sumqayıt şəhərində tanışına 50 manata satıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən şəxsin yeri müəyyənləşdirilib və o, saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə taksi sürücüsü 8 il müddətinə azadlıqdan məhrum edilib.

Mövzular:
taksi abşeron sərnişin

Digər Xəbərlər