Reklam resmi
Reklam resmi

Hüseyn Həsənov yenidən AXTARIŞA VERİLDİ

Hüseyn Həsənov yenidən AXTARIŞA VERİLDİ
Kriminal

Rusiya hakimiyyəti pulların yuyulmasında şübhəli bilinən azərbaycanlı milyonçu bloqer Hüseyn Həsənovu yenidən axtarışa verib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasındakı qeydə əsasən bəlli olub.

Xatırladaq ki, Həsənov mayın 14-də cinayət maddəsi ilə axtarışa verilib. Ona Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin "b" bəndinə uyğun olaraq ("cinayət nəticəsində əldə edilmiş külli miqdarda pulların və ya digər əmlakın leqallaşdırılması (yuyulması)") ittiham irəli sürülüb. Daha sonra bloqerin vəkili Dmitri Kozyaykin Həsənovun Rusiyaya qayıtmaq məsələsini nəzərdən keçirdiyini bildirib.

Mövzular:
Rusiya Hüseyn Həsənov axtarışa verildi

Digər Xəbərlər