Reklam resmi
Reklam resmi

Elçin Ağamalı qalmaqallı qurultayla bağlı nazirliyə müraciət etdi

Elçin Ağamalı qalmaqallı qurultayla bağlı nazirliyə müraciət etdi
Gündəm

Ana Vətən Partiyasının növbədənkənar Qurultayının nəticəsi və sədr seçilməsi ilə bağlı bütün sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib.

Bu barədə Demokrat.az-a partiya sədri postuna namizəd Elçin Ağamalı özü bildirib.

O deyib ki, Ana Vətən Partiyasının növbədənkənar Qurultayının protokolu, digər sənədləri və videoçəkilişlər bu gün Ədliyyə Nazirliyinə təqdim edilib: “Azərbaycan ədliyyəsinin ədalətli qərarına güvənir və məsələyə obyektiv qiymət veriləcəyinə inanırıq”. Eoçin Ağamalı qeyd edib ki, nazirliyə müraciəti barədə atası Fəzail Ağamalı ilə danışığı olmayıb: “Fəzail Ağamalıya ayrıca məlumat verməmişəm, amma mətbuatdan bilirdi ki, sənədləri təqdim edəcəyik”. Bacısı, deputat Günay Ağamalının prosesə maneə törədə biləcəyi ehtimalı barədə isə Elçin Ağamalı bunları deyib: “Gələcək addımlarla bağlı bir şey demək istəmirəm, Ədliyyə Nazirliyinin qərarının gözləyəcəyik. Prosesləri qabaqlamaq istəməzdim. Qərardan sonra digər addımları düşünəcəyik”. Növbəti parlament seçkilərində namizəd olub-olmayacağı barədə suala Elçin Ağamalı belə cavab verib: "Hələ parlament seçkilərinə 4 il var. Onunla bağlı nəsə demək olduqca çətindir. Seçkilər öncəsi bu barədə qərar vermək olar. Hələ vaxt var, indidən nəsə desəm, qeyri-ciddi olar".

Mövzular:
Ana Vətən Partiyası Elçin Ağamalı Müraciət

Digər Xəbərlər