Reklam resmi
Reklam resmi

Dəhşətli qəzanın video görüntüsü YAYILDI

Dəhşətli qəzanın video görüntüsü YAYILDI
Hadisə
949

Göygöl rayonunda baş verən və iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının video görüntüləri yayılıb.

Ajans.az-ın əldə etdiyi məıumata görə, kadrlardan hadisənin miqyası və qəzanın nə qədər dəhşətli olduğu aydın görünür.

Qəza zamanı “Mercedes” markalı avtomobil idarəetməni itirərək bir neçə dəfə aşıb və tamamilə yararsız vəziyyətə düşüb. Avtomobilin hissələri ətrafa səpələnib, yol kənarındakı dəmir maneələr qırılaraq bir neçə metr kənara atılıb.

Qeyd edək ki,  Hadisə Bakı–Qazax–Gürcüstan magistral avtomobil yolunun Bəhrəmbəy kəndi ilə Yeni Qızılca qəsəbəsindən keçən hissəsində baş verib. İlkin məlumata görə, avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü, 1998-ci il təvəllüdlü Elvin Məmmədov və sərnişin, 2009-cu il təvəllüdlü Vüqar Əliyev hadisə yerində dünyasını dəyişiblər.

Avtomobildə olan digər sərnişinlər 2008-ci il təvəllüdlü Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım vasitəsilə Gəncə şəhər xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Video kadrlarda avtomobilin deformasiyaya uğraması və hadisə yerindəki dağıntılar açıq şəkildə görünür.

Faktla bağlı araşdırma aparılır.

author picture
Zərif Sofiyeva
Mövzular:
Göygöl rayonu ağır yol qəzası video görüntülər

Digər Xəbərlər