Reklam resmi
Reklam resmi

Mikroavtobus heyvan sürüsünə ÇIRPILDI

Mikroavtobus heyvan sürüsünə ÇIRPILDI
Hadisə

Kürdəmirdə sərnişin daşıyan mikroavtobus xırdabuynuzlu heyvan sürüsünə çırpılıb.

Ajans.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeyd alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən qarşısına çıxan qoyun sürüsünü vurub. Hadisə nəticəsində 18 baş qoyundan 10-u tələf olub.

Təsərrüfat sahibi Şahlar Quliyevin sözlərinə görə, ona ümumilikdə 8 min manata yaxın maddi ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır. \Report

Mövzular:
Kürdəmir Yol-nəqliyyat Hadisə Mikroavtobus

Digər Xəbərlər