Reklam resmi
Reklam resmi

Xaricdə iki azərbaycanlı 25 il həbs cəzası alıb

Xaricdə iki azərbaycanlı 25 il həbs cəzası alıb
Kriminal

ABŞ-da iki Azərbaycan əsilli şəxs ölkədə yaşayan iranlı jurnalist və insan haqları fəalı Məsih Əlinejada qarşı sui-qəsd cəhdinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib.

Ajans.az xəbər verir ki, Nyu-York məhkəməsi 46 yaşlı Rəfat Əmirov və 41 yaşlı Polad Ömərov barəsində hökm çıxarıb. İttihama əsasən, hər iki şəxs Tehranın tapşırığı ilə hərəkət edib və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) planlaşdırılan qətl üçün 500 min dollar məbləğində ödəniş edib.

İstintaq materiallarına görə, sui-qəsd planı uğursuz alınıb və hüquq-mühafizə orqanları cinayətin qarşısını vaxtında ala biliblər.

Qeyd edək ki, Məsih Əlinejad 2009-cu ildə İrandan mühacirət edib. O, rəsmi Tehranın siyasətini, xüsusilə qadın hüquqları və məcburi hicab qaydaları ilə bağlı mövqeyini sərt tənqid edən tanınmış ictimai fəaldır.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Azərbaycan

Digər Xəbərlər