Reklam resmi
Reklam resmi

Müdafiə naziri Qazaxıstanda SƏFƏRDƏDİR

Müdafiə naziri Qazaxıstanda SƏFƏRDƏDİR
Siyasət

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin müdafiə nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Qazaxıstan Respublikasında işgüzar səfərdədir.

Bu barədə Ajans.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov və digər iştirakçı ölkələrin hərbi rəhbər heyəti 28 Qvardiyaçı Panfilovçu adına parkı ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Sonra Almatı şəhərində keçirilən iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.

İclasın sonunda yekun sənədlərin imzalanması mərasimi keçirilib.

Mövzular:
Azərbaycan müdafiə naziri Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi Qazaxıstan

Digər Xəbərlər