Reklam resmi
Reklam resmi

Maşın satmaq adı ilə pullarını aldı- Bakıda DƏLƏDUZLUQ

Maşın satmaq adı ilə pullarını aldı- Bakıda DƏLƏDUZLUQ
Kriminal

Suraxanı rayonunda dələduzluq edən şəxs saxlanılıb.

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Suraxanı rayonunda iki nəfər dələduzluqla üzləşdikləri barədə polisə müraciət edib.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 27 yaşlı S.Hüseynov saxlanılıb.

Araşdırmalarla o, iki nəfəri maşın satacağı vədi ilə aldadaraq ümumilikdə 12300 manatlarını dələduzluq yolu ilə ələ keçirib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Mövzular:
dələduzluq maşın satmaq oğurluq

Digər Xəbərlər