UFC-nin keçmiş çempionu qəzaya düşüb
UFC yüngül çəkidə keçmiş çempionu braziliyalı Deyvison Figeyredu ağır avtomobil qəzasına düşüb.
Ajans.az xəbər verir ki, bu barədə döyüşçünün özü bildirib.
“Xilas olduğum üçün Tanrıya şükür olsun. Bu gün qəzaya düşdüm. Görünür, tələsik və yüksək sürətlə idarə edən gənc bir qadın avtomobilini maşınımın ortasına çırpdı və nəticədə avtomobilim bir neçə dəfə çevrildi”, - Figeyredu sosial mediada yazıb.
Hazırda yüngül çəkidə yarışan Figeyredu, 12 oktyabrda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən “UFC Fight Night 261”in əsas qarşılaşmasında döyüşüb. Deyvison amerikalı Montel Ceksonu hakimlərin qərarı ilə məğlub edib.
Mövzular: