Qadın kafedə BIÇAQLANDI- ARAŞDIRMA APARILIR
Ağstafada kafedə çalışan qadın bıçaqlanıb.
Ajans.az xəbər verir ki,, Ağstafa rayon sakini, 1982-ci il təvəllüdlü E.Kiçikova kafedə bıçaq xəsarəti alıb.
Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Qadına şəxsi münasibətlər zəminində kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Qazax rayon sakini, 30 yaşlı Elmin Qocayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: