Reklam resmi
Reklam resmi

Evdən pul oğurlayan 24 yaşı qadın SAXLANILDI

Evdən pul oğurlayan 24 yaşı qadın SAXLANILDI
Kriminal

Naxçıvan Muxtar Respublikası Babək rayonunda oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

Ajans.az xəbər verir ki, Babək RPİ-yə rayon ərazisində yerləşən yaşayış evlərinin birindən pul oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla G.Sadiqovanın qanunsuz yolla evə daxil olaraq oradan 1500 manat və 700 ABŞ dolları oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

author picture
Murad Əliyev
Mövzular:
Naxçıvan Muxtar Respublikası oğruluq quldurluq

Digər Xəbərlər