“Range Rover”in sahibi ÜZR İSTƏYİB
Zərdabda iki gün əvvəl baş verən və bir nəfərin həyatını itirməsi ilə nəticələnən yol qəzasından sonra “Range Rover”in sahibi Racu İslamzadə açıqlama verərək üzr istəyib.
Ajans.az xəbər verir ki, üzr videosu sosial şəbəkələrdə yayılıb. R. İslamzadə bildirib ki, onun sözləri hadisənin ciddiyyətini tam əks etdirmir və səhv anlaşıla bilər.
“Belə faciələr heç kimin arzusunda deyil. Qəzada həyatını itirən şəxsin ailəsindən üzr istəyirəm. İnsan həyatına hər kəs bərabərdir və heç kimdən üstün deyiləm. Onu öz qardaşım, bacımın övladı kimi görürəm və onların acısını bölüşürəm,” – deyə R. İslamzadə qeyd edib.
Qeyd edək ki, iki gün əvvəl Zərdab rayonunda baş verən qəzada “VAZ 21099”un sürücüsü Azər Abdullazadə vəfat edib. Həmin vaxtı jurnalistlərə müsahibə verən Racu İslamzadənin açıqlamaları sosial mediada müxtəlif reaksiyalarla qarşılanıb və hadisə ilə bağlı müzakirələr yaratmışdı.
View this post on Instagram