Reklam resmi
Reklam resmi

"Yuventus" baş məşqçi İqor Tudorla yollarını ayırdı

\"Yuventus\" baş məşqçi İqor Tudorla yollarını ayırdı
İdman

İtaliyanın A Seriyası təmsilçisi "Yuventus" baş məşqçi İqor Tudorla qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son qoyub.

Ajans.az xəbər verir ki,klub xorvatiyalı mütəxəssisə və onun məşqçi heyətinə gördükləri işə görə təşəkkür edib.

Məlumata görə, "Yuventus B" komandasının çalışdırıcısı Massimo Brambilla müvəqqəti baş məşqçi təyin olunub və o, çərşənbə günü "Udineze" ilə keçiriləcək görüşdə komandanın ehtiyat oyunçular skamyasında yer alacaq.

47 yaşlı Tudorun rəhbərliyi altında "Yuventus" 24 oyunda 10 qələbə, 8 heç-heçə və 6 məğlubiyyət qeydə alıb.

Xorvatiyalı mütəxəssis bundan əvvəl Super Liqada “Karabükspor” və “Qalatasaray” klublarını da çalışdırıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
"Yuventus" İqor Tudorla

Digər Xəbərlər