Reklam resmi
Reklam resmi

Azad edilmiş ərazilərdə daha 226 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 226 mina aşkarlanıb
Kriminal

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (20.10.2025-26.10.2025) məlumat açıqlanıb.

Ajans.az xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 143 piyada əleyhinə mina, 83 tank əleyhinə mina, 5498 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1644,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Mövzular:
İşğaldan azad edilmiş ərazilər ANAMA

Digər Xəbərlər