2 gündə 69 cinayətin üstü açılıb - DİN
Oktyabrın 25-də və 26-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Ajans.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib.
- Axtarışda olduğuna görə ümumilikdə 25, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. - Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. - Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.
Mövzular: