Reklam resmi
Reklam resmi

Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik edib
Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Belleni təbrik edib.

Ajans.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Federal Prezident, Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Mövzular:
Azərbaycan İlham Əliyev Avstriya Respublikası Aleksander Van der Bellen

Digər Xəbərlər