Reklam resmi
Reklam resmi

Paytaxtda kişi su anbarına düşdü- VİDEO

Paytaxtda kişi su anbarına düşdü- VİDEO
Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Səbail rayonu, Badamdar şosesi 216 ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Ajans.az-a FHN-dən bildirilib.

Məlumat əsasında dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1960-cı il təvəllüdlü Məmmədov Məhəmməd Mərdan oğlu dərinliyi 3,5 metr olan, ehtiyat su anbarı kimi nəzərdə tutulan tikiliyə yıxılaraq müxtəlif bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Mövzular:
Fövqəladə Hallar Nazirliyi Səbail rayonu

Digər Xəbərlər