Reklam resmi
Reklam resmi

Maskalı şəxs ev yiyəsini döyüb pullarını apardı - VİDEO

Maskalı şəxs ev yiyəsini döyüb pullarını apardı - VİDEO
Kriminal

Şəmkirdə quldurluq hadisəsi olub.

Ajans.az xəbər verir ki, bunla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib, Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evlərdən birinə maskalanmış formada daxil olan naməlum şəxs ev sahibinə küt alətlə xəsarət yetirərək pul vəsaitini ələ keçirib.

Polis əməkdaşları tərəfindən qeyri-aşkar şəraitdə törədilən cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Mövzular:
oğru hadisə evdən oğurluq

Digər Xəbərlər