Reklam resmi
Reklam resmi

Bərdə bazarında insident baş verib VİDEO

Bərdə  bazarında insident baş verib VİDEO
Hadisə
518

Bərdə şəhərində yerləşən kənd təsərrüfatı məhsullarının satış bazarında insident qeydə alınıb.

Ajans.az xəbər verir ki, hadisə Bərdədə təzə bazarda məhsul satan orta yaşlı bir kişi ilə bazarın işçiləri arasında yaranan mübahisə zamanı baş verib. Mübahisənin yer pulu alınması üstündə yaşandığı iddia olunur.

Ətrafdakı insanlar hadisəni mobil telefonları ilə lentə alıblar. Görüntü sosial şəbəkələrdə yayılıb.Məlumata görə, tərəflər arasında yaranmış gərginlik bazarda müəyyən vaxt gərgin atmosfer yaradıb. Lakin digər satıcılar və alıcıların müdaxiləsi nəticəsində mübahisənin böyüməsinin qarşısı alınıb.

Hadisə yerində sakitlik bərpa olunub, bazarda fəaliyyət adi qaydada davam etdirilib.

author picture
Zərif Sofiyeva
Mövzular:
Bərdə şəhəri bazar Dava yerpulu

Digər Xəbərlər