Reklam resmi
Reklam resmi

"Neftçi" əsas mərhələdə ilk qələbəsini qazanıb

\"Neftçi\" əsas mərhələdə ilk qələbəsini qazanıb
İdman

"Neftçi"nin basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununu keçirib.

Ajans.az xəbər verir ki, Bakıda Estoniyanın "Kalev" kollektivini qəbul edən "ağ-qaralar" 95:84 hesablı qələbə qazanıblar.

Qarşılaşma Bakı İdman Sarayında baş tutub.

Qeyd edək ki, "Neftçi" ilk matçında Polşada "Trefl"ə uduzub - 63:92. I qrupunun digər görüşündə "Abşeron Lions" sabah Bakıda "Trefl"lə üz-üzə gələcək.

Mövzular:
Neftçi futbol idman

Digər Xəbərlər