Reklam resmi
Reklam resmi

Daha bir güləşçimiz dünya çempionatında finala yüksəlib

Daha bir güləşçimiz dünya çempionatında finala yüksəlib
İdman

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.

Ajans.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Elmir Əliyev həlledici mərhələyə gedən yolda iranlı Armin Şamsipurhacıya qalib gələrək ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, ötən gün Ziya Babaşov (63 kq) mundialın finalına yüksəlmişdi.

Mövzular:
güləş dünya çempionatı Azərbaycan

Digər Xəbərlər