Reklam resmi
Reklam resmi

ANAMA əməkdaşı minaya düşdü

ANAMA əməkdaşı minaya düşdü
Hadisə

Xocavənd rayonunun Tağaverd kəndi ərazisində oktyabrın 20-də mina partlayışı baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Ekskavator operatoru vəzifəsində çalışan agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinov xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.

Mövzular:
Xocavənd rayonu mina partlayışı

Digər Xəbərlər